reklam
Azərbaycan badmintonçuları 6 medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan badmintonçuları 6 medal qazandı


Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Junior Future” seriyalı beynəlxalq turnirdə 6 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medala yiyələnib.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva gümüş medalla kifayətlənib. Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.

Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov – Həcər Nuriyeva və Ülvi Hüseynov – Leyla Camalzadə tandemləri “Uganda Junior International 2025” turnirində bürünc medal qazanıblar.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə – Həcər Nuriyeva cütlüyü gümüş medala yiyələnib.

Daha bir badmintonçumuz – Diki Pangestu isə “Uganda International Challenge 2025” turnirində gümüş medal qazanıb.

Oxşar xəbərlər

Tennisçilərimiz beynəlxalq turnirdə finala yüksəldi
Badmintonçularımız Zambiyadan 7 medalla qayıdır
5 cüdoçumuz Avropa çempionatında medal qazandı
Cahid Əlhəsənov-Həcər Nuriyeva cütlüyü ən güclüdür
5 kateqoriya üzrə qaliblər müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər