Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
II Liqa klubunun futbolçusuna 4 oyunluq cəza -Qərar
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasında keçirilən 25-ci turun “Ağdaş” – “Dinamo” oyununda yaşanan qalmaqala hüquqi qiymət verilib.
Matçın 90-cı dəqiqəsində “Ağdaş” azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə klub 400 manat cərimələnib. Azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Ağdaş”a xəbərdarlıq edilib.
"Dinamo"nun futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Dinamo"nun daha bir futbolçusu Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” 50 manat cərimə edilib.
“Ağdaş”ın futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. Klub 300 manat cərimələnib.

Oxşar xəbərlər
Premyer Liqa klublarının cəzaları açıqlandı - QƏRAR
AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi - QƏRAR
Rəqibini vuran futbolçuya ağır cəza - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
Premyer Liqa klubları cərimələndi - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası