Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ordu" yarımfinala çıxa bilmədi -Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən pley-off qarşılaşmalarından sonra növbəti mərhələyə adlayan komandalar bəlli olub.
"Sərhədçi"yə 104:77 hesabı ilə qalib gələn "Sabah" yarımfinala yüksəlib. Bu komandalar arasında keçirilən ilk matçda da "bayquşlar" qələbə (90:64) qazanmışdı.
Növbəti yarımfinalçının adına "Ordu" - "Neftçi" görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən "ağ-qaralar" adını növbəti raunda yazdırıb. Tərəflər arasında reallaşan ilk görüşdə də "Neftçi" qalib (93:84) gəlmişdi.
"Sabah" finala gedən yolda "Şəki" - "Gəncə", "Neftçi" isə "Naxçıvan" - "Abşeron" cütünün qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər
“Naxçıvan” pley-off oyununda qalib gəldi
Pley-off mərhələsinin iştirakçıları məlum oldu
Səbətdə 123 xal qazandılar - ABL
Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutdu
“Gəncə” növbəti qələbəsini qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası