reklam
“Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər
Sportfm.az xəbər saytı

“Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər


Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər.

Sportfm.az xəbər verir ki, bölgə təmsilçisi XXII turda “İmişli” ilə üz-üzə gələcək.

İmişli şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək.

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə xallarının sayını 58-ə yüksəldəcək. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.

Qeyd edək ki, “Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var. Yevlax təmsilçisi bu gün Bakıda MOİK-in qonağı olacaq.

Oxşar xəbərlər

“Karvan” “İmişli”yə, “Qəbələ” “Difai”yə qarşı
İlk oyun günündə 3 görüş keçirildi - I Liqa
MOİK “İmişli”yə, “Karvan” “Difai”yə, “Qəbələ” “Baku Sporting”ə qarşı - I Liqa
“Qəbələ” 1-ci Liqada liderliyə yüksəldi
Turun son oyununda "Qəbələ" qələbə qazandı - I Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər