reklam
Sportfm.az xəbər saytı

"Cəbrayıl"dan qələbə, "Zaqatala" məğlub oldu


Bu gün Azərbaycan 1-ci liqasında 22-ci tur start götürüb.

Sportfm.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.

"Cəbrayıl" "Mingəçevir"i qəbul edib. "Qaradağ Lökbatan" "Bakı Sportinq"in qonağı olub. "Zaqatala" isə səfərdə "Difai" ilə qarşılaşıb.

Qeyd edək ki, 1-ci liqada lider "Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” - 2:0

Qollar: M. Caniyev, 5; O. Təhməzli, 71

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”

16:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan” - 0:1

Qol: B. Həziyev, 60

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu

16:30. “Difai” – “Zaqatala” - 1:0

Qol: K. Kamta, 33

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu

18 aprel (cümə)

16:00. MOİK – “Karvan”

16:30. “İmişli” – “Qəbələ”

Oxşar xəbərlər

“İmişli” – “Qəbələ” oyununun hakimləri açıqlandı
"Qəbələ" "Karvan"a qarşı - I Liqa
“Bakı Sportinq” “Cəbrayıl”a, “Mingəçevir” “Difai” yə qarşı - I Liqa
“Bakı Sportinq” “Difai”ni qəbul edir - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər