Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz medal sayına görə birincidir
Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən Avropa Kuboku yekunlaşıb.
Sportfm.az xəbər verir ki, ikinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medalın sahibi olub.
Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.
İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.
Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.

Oxşar xəbərlər
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku
Cüdoçularımız 4 medal qazandı
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Rio-2016: Medal sıralaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
Günün ilk oyunu Tovuzda başlayacaq - YENİLƏNİR
-
3 klub üçün danışılmış oyunlara qarşı sessiya - FOTO
-
Kadi 25-ci qoluna imza atıb - Yubiley
-
"Turan" 32 il sonra avrokuboklarda - UĞUR

Misli Premyer Liqası