reklam
Emrelinin komandası darmadağın oldu
Sportfm.az xəbər saytı

Emrelinin komandası darmadağın oldu


Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 28 yaşlı hücumçunun komandası XXVIII turda "Hamburq"u qəbul edib.

"Maks Morlok" stadionunda baş tutmuş qarşılaşmada qonaq komanda 3:0 hesablı qələbə qazanıb.

Emreli görüşün 57-ci dəqiqəsində Lukas Şlaymerin əvəzinə oyuna girib. O, 78-ci dəqiqədə sarı vərəqə alıb.

Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv matçın 16-cı dəqiqəsindən azlıqda mübarizə aparıb. Baş hakim Timo Qerax “Nürnberq”in hücumçusu Cenis Antisteyə qırmızı vərəqə göstərərək meydandan qovub.

Bu nəticədən sonra “Hamburq” xallarının sayını 52-yə çatdıraraq 1-ci pilləyə yüksəlib. Emrelinin komandası 41 xalla 9-cudur.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm II Bundesliqada keçirdiyi 17 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

Emreli artıq Klozenin etimadını qazanmır - Forvard oynamır
Emreli əsas heyətdə meydana çıxdı, fərqləndi
Emreli oynadı, komandası heç-heçə etdi
Emreli "Nürnberq"də növbəti qolunu vurdu
Mahir Emreli oynadı, komandası uddu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər