reklam
Emreli əsas heyətdə meydana çıxdı, fərqləndi
Sportfm.az xəbər saytı

Emreli əsas heyətdə meydana çıxdı, fərqləndi


Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

Sportfm.az xəbər verir ki, komanda bu gün 18-ci turda öz meydanında “Karlsrue” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Nürnberq"dən Tsimas (37) və Flik (90+1), "Karslue"dən isə Shleusener (40) fərqlənib.

M.Emreli matça əsas heyətdə çıxıb. O, 45+2-ci dəqiqədə sarı vərəqə alıb. O, 71-ci dəqiqədə isə Şleymerlə əvəzlənib.

Qeyd edək ki, “Nürnberq” 18 turdan sonra 25 xalla 11-ci pillədə qərarlaşıb. “Karlsrue” isə 29 xalla 6-cıdır.

Oxşar xəbərlər

Emreli start heyətdə
Emreli oynadı, komandası heç-heçə etdi
Mahir Bundesliqada qol hesabını açdı
Mahir Emreli oynadı, komandası uddu
Mahir Emreli start heyətdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər