reklam
İcraiyyə Komitəsinin yeni tərkibi açıqlandı
Sportfm.az xəbər saytı

İcraiyyə Komitəsinin yeni tərkibi açıqlandı


Ötən gün Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi keçirilib və UEFA İcraiyyə Komitəsinin seçkiləri baş tutub.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Keçmiş SSRİ ölkələrindən Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko və Latviya Futbol Federasiyasından Vadim Lyaşenko UEFA İcraiyyə Komitəsində yer ala bilməyiblər. Şevçenko 15, Lyaşenko isə cəmi 11 səs toplayıb.

UEFA İcraiyyə Komitəsininə 4 illik müddətinə aşağıdakı 8 nəfər seçilib:

Frank Paau (Niderland) - 49 səs

Qabriele Qravina (İtaliya) - 48 səs

Hans-Yoahim Vatske (Almaniya) - 48 səs

Maryan Kustiç (Xorvatiya) - 42 səs

Ari Lahti (Finlandiya) - 41 səs

Ayvar Pohlak (Estoniya) - 37 səs

Armen Melikbekyan (Ermənistan) - 29 səs

UEFA İcraiyyə Komitəsininə 4 illik müddətinə seçilən yeganə qadın

Lise Klaveness (Norveç) - yekdilliklə seçilib

UEFA İcraiyyə Komitəsinə iki illik müddətə seçilən iki şəxs isə bunlardır:

Rafael Luzan Abal (İspaniya) - 32 səs

Moşe Zuares (İsrail) - 31 səs

Bundan başqa, konqresdə FİFA Şurasına seçkilər keçirilib. Dörd illik mandatla FİFA Şurasındakı qadın mövqeyini Paskal van Damm (Belçika) tutub. Dörd illik mandatla FİFA Şurasındakı digər 4 yeri Razvan Burleanu (Rumıniya), Georgios Kumas (Kipr), Bernd Neuendorf (Almaniya), Deyan Saviceviç (Monteneqro) tutublar.

Qeyd edək ki, UEFA-nın sözügedən konqresinə AFFA rəhbərliyi də qatılıb.

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlandı - UEFA
UEFA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək
Davor Şuker İcraiyyə Komitəsinə üzv seçildi - FOTO
AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər