
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi
Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci növbəti konqresi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Konqresin gündəliyinə daxil olunmuş məsələlərdən biri UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsi idi.
Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdü. O, seçkilərdə uğur qazansa, UEFA-da yüksək vəzifə tutan ilk azərbaycanlı olacaqdı. Amma Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib. AFFA-nın baş katibi 24 səs toplayıb. UEFA İcraiyyə Komitəsinə Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) seçiliblər.
UEFA-nın tədbirinin gündəliyində bu məsələlər yer alıb:
- Qarşıdakı 4 ildə UEFA İdarə Heyətində çalışacaq 8 üzvün müəyyənləşməsi
- Növbəti 4 ildə UEFA-nı FİFA-da təmsil edəcək 4 üzvün seçki ilə müəyyənləşməsi
- Növbəti 2 ildə UEFA-nı FİFA-da təmsil edəcək 1 üzvün seçki ilə müəyyənləşməsi
- UEFA prezidenti, İdarə Heyəti və komitə sədrlərinin illik fəaliyyətlə bağlı hesabatı
- 2015/2016 mövsümünün maliyyə hesabatı və 2017/2018 mövsümünün büdcə təsdiqi
- UEFA-nın Klub Maliyyə Nəzarət Komitəsinin strukturunun təsdiqlənməsi
Oxşar xəbərlər
UEFA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək
AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Elxan Məmmədov seçki platformasını təqdim etdi
AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin