reklam
AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində
Sportfm.az xəbər saytı

AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində


Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb.

Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.

Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək.

Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək.

Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul olunmasına dair səsvermə keçiriləcək.

Oxşar xəbərlər

AFFA rəhbərliyi UEFA-nın Konqresində
AFFA rəhbərliyi UEFA Konqresində
Davor Şuker İcraiyyə Komitəsinə üzv seçildi - FOTO
AFFA rəsmiləri UEFA-nın Konqresində
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər