Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Sumqayıt”ın 400-cü qolu
“Sumqayıt” Azərbaycan çempionatında 400-cü qolunu vurub.
Sportfm.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz”la oyuna təsadüf edib.
2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.
“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.
Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.
“Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/2012 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

Oxşar xəbərlər
Azərbaycan çempionatlarında 200-cü məğlubiyyət
100-cü səfər qolu
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
“Sumqayıt”da 350-ci qol - Azərbaycan çempionatları
“Sumqayıt”dan 250-ci qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin