Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Sumqayıt”da 350-ci qol -Azərbaycan çempionatları
“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.
“Gənclik şəhəri” təmsilçisi səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənən Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.
Bu qol 367-ci matçda reallaşıb. Sumqayıtın eyniadlı komandasının orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.
Qeyd edək ki, “Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “kimyaçılar”ın heyətində Eşqin Quliyev fərqlənib.

Oxşar xəbərlər
“Kəpəz”in futbolçusu 50-yə çatdı
“Araz-Naxçıvan”dan 100-cü qol
“Araz-Naxçıvan” 50-ci qolunu vurdu
“Sumqayıt”dan 250-ci qol
Cavid İmamverdiyev tarixə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin