Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin sabiq oyunçusu həbs olundu
Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.
Sportfm.az xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.
Abatsiyev cinayətkar qruplaşmanın 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan milli komandasının heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ yığması ilə yoldaşlıq oyununda (0:2) iştirak edib. Son olaraq Rusiya Media Liqasında "Fayt Nayts" klubunda çıxış edən Abatsiyev Azərbaycanda müxtəlif illərdə "Sumqayıt" və "İnter"in şərəfini qoruyub.

Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu
Millinin sabiq futbolçusu həbs olundu - Narkotikə görə
"Rubin"in keçmiş oyunçusu həbs olundu - 12 illik
Məsimov Rusiya klubunda
Azərbaycanda tanınmış idmançı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası