Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Rubin"in keçmiş oyunçusu həbs olundu -12 illik
Rusiyanın "Rubin" klubunun sabiq futbolçusu Sergey Xarlamov həbs olunub.
Sportfm.az xəbər verir ki, 47 yaşlı keçmiş müdafiəçi dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onun Rusiyanın ən böyük maliyyə piramidalarından sayılan KPK "Rost” mütəşəkkil cinayətkar qrupunun tərkibində olması sübuta yetirilib.
2018-ci ilin sentyabrında Tatarıstan Prokurorluğu maliyyə piramidasının təşkili ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.
Qeyd edək ki, "Rubin"in yetirməsi Sergey Xarlamov 1992/1993 mövsümündə və 1997-2004-cü illərdə əsas komandanın şərəfini qoruyub.
Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu - Narkotikə görə
Millinin sabiq üzvü həbs edildi - 3 illik
Millinin sabiq futbolçusu həbs olundu
Futbol üzrə dünya çempionu həbs olundu
İsayev həbs olundu - dələduzluğa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası