reklam
“Azərreyl” Avropada birinci oldu -
Sportfm.az xəbər saytı

“Azərreyl” Avropada birinci oldu -Reytinq


Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birincidir.

Sportfm.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb. Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.

Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.

Oxşar xəbərlər

Bakıda “Qış kuboku” keçiriləcək
“Azərreyl” Avropa Kubokunu qazandı
“Gəncə” və “Azərreyl”dən qələbə
“Murov”la və “Azərreyl” qələbə ilə başladı - Azərbaycan çempionatı
Voleybolçularımız beynəlxalq turnirlərdə iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər