reklam
Sumqayıt stadionunun adı dəyişdirildi
Sportfm.az xəbər saytı

Sumqayıt stadionunun adı dəyişdirildi


Yeni sponsorla müqavilə imzalayan "Sumqayıt" klubunun məşq bazasının adı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, "Sumqayıt" futbol klubu ilə "SOCAR Polymer" MMC arasında sponsorluq müqaviləsi imzalanıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

İki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub. Razılaşmaya əsasən, "Sumqayıt"ın təlim-məşq bazası bundan sonra "SOCAR Polymer Arena" adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "SOCAR Polymer" brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.

Bundan əlavə, klubun rəsmi oyun formalarında "SOCAR Polymer" şirkətinin loqosu həkk olunacaq.

Oxşar xəbərlər

SOCAR Türkiyənin 1-ci Liqa təmsilçisinin sponsoru oldu
"Sumqayıt" yeni stadionunda ilk oyununa çıxacaq - Misli Premyer Liqası
SOCAR “Qalatasaray”la 15 milyonluq müqavilə bağladı - RƏSMİ
"Sumqayıt" Mehdi Hüseynzadə adına stadionunda oynayacaq
“Trabzonspor”un yeni stadionu - "SOCAR Arena”!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər