reklam
Azərbaycan millisi hazırlıqlara başladı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi hazırlıqlara başladı -Dünya Kuboku


Azərbaycanın kişi basketbolçulardan ibarət millisi 2027-ci il Qətərdə keçiriləcək Dünya Kubokunun ilkin təsnifat mərhələsində keçirəcəyi son qrup oyunlarının hazırlıqlarına başlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Millimizin baş məşqçisi Tahir Baxşıyev Bakıda baş tutacaq təlim-məşq toplanışına 18 basketbolçu dəvət edib.

Amil Həmzəyev (Neftçi), Kamran Məmmədov (Neftçi), Endar Poladxanlı (Sabah), Şirzad Şirzadov (Sabah), Elşad Şirzadov (Gəncə), Cəbrayıl Əkbərov (Gəncə), Əkbər Məmmədov (NTD), Ulaş Turqut (Sərhədçi), Saadettin Donat (Sumqayıt), Ercan Donat (Şəki), Səid İsmayılov (Ordu), Məhəmməd Hüseynli (Abşeron), İsmayıl Abdullayev (Abşeron), Nəzər Quliyev (Naxçıvan), Orxan Aydın (İlab Basketbol), Derin Berköz (Türk Telekom), Hüseyn Qaflanov (DME Academy), Donta Hol (Baskonia).

Qeyd edək ki, baş məşqçi Tahir Baxşıyev adları çəkilən basketbolçular arasından Kosovo və İrlandiya oyunları üçün 12 nəfərlik heyət müəyyənləşdirəcək.

Oxşar xəbərlər

Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutdu
"Sabah" "Abşeron"u məğlub etdi - Basketbol Liqası
“Gəncə” Azərbaycan millisinin üzvünü heyətinə qatdı
Yığmamız Türkiyədə təlim-məşq toplanışına başladı
Azərbaycan millisi Andorraya qarşı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər