reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Abşeron"u məğlub etdi -Basketbol Liqası


Azərbaycan Basketbol Liqasının VIII turunda "Sabah" "Abşeron"u məğlub edib.
Sportfm.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.

VIII turda bu gün daha iki oyun baş tutacaq. "Sərhədçi" İdman Mərkəzində saat 16:00-da "Naxçıvan"la "Sərhədçi" üz-üzə gələcək. "Lənkəran" isə evdə "Quba"nı qəbul edəcək. Bu görüş Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, VIII turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.

Oxşar xəbərlər

“Gəncə” “Quba”nı məğlub etdi
“Gəncə” növbəti qələbəsini qazandı
“Sabah” qələbə qazandı
“Abşeron” “Sərhədçi”ni uddu
“Abşeron” “Sərhədçi”yə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər