Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Gəncə” Azərbaycan millisinin üzvünü heyətinə qatdı
“Gəncə” basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb.
Sportfm.az xəbər verir ki, “Sarı-göylər” Cəbrayıl Əkbərovla anlaşıb. “Cibo” ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Basketbolçu 2022/2023 mövsümündə də Gəncə klubunun formasını geyinib. O, komanda ilə Azərbaycan kubokunun qalibi olub və ölkə çempionatında gümüş mükafata sahib çıxıb. Ötən mövsüm “Sərhədçi”də çıxış edən Cəbrayıl Əkbərov Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün “Sabah”ın heyətində də yer almışdı.
“Gəncə” daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.

Oxşar xəbərlər
“Gəncə”də yeni oyunçu - TRANSFER
Azərbaycan millisinin üzvü “Sabah”da
"Gəncə"də yeni oyunçu
“Gəncə”də barbadoslu oyunçu
“Gəncə”də rusiyalı oyunçu - TRANSFER
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası