Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Osimhen ərəblərin təklifini rədd etdi
"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen ona gələn sərfəli təklifi rədd edib.
Sportfm.az xəbər verir ki, nigeriyalı forvard Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun təklifini qəbul etməyib. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Ərəblər 75 milyon avroluq sərbəstqalma məbləği olan Osimhen üçün "Napoli"yə 80 milyon avro təklif edib. Lakin 26 yaşlı futbolçu "Qalatasaray"la Türkiyə Super Liqasını və Avropa Liqasını qazanmaq istədiyi üçün "Əl-Əhli"yə getməkdən imtina edib.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 22 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
"Qalatasaray"da 2 ayrılıq gerçəkləşdi
Türkiyə klubu 65 milyonundan keçməyə hazırdı
“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi
“Qalatasaray”ı durduran tapılmır - Super Liqa
Çalhanoğlu ərəblərin təklifini rədd etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin