reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"da 2 ayrılıq gerçəkləşdi


Türkiyənin "Qalatasaray" klubunda 2 ayrılıq gerçəkləşib.

Sportfm.az xəbər verir ki, müdafiəçi Viktor Nelssonla hücumçu Mişi Batşuayi İstanbul təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" Batşuayini 3 milyon avroya "Ayntraxt"a satıb. Nelsson isə "Roma"ya icarəyə verilib. İtaliya klubu 10 milyon avro ödəməklə danimarkalı mərkəz müdafiəçisinin transfer hüququna yiələnə bilr.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "kopenhagen"dən transfer edib. 26 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"In heyətində 18 rəsmi matçda iştirak edib. Mişi Batşuayi isə mövsümün əvvəlindən "cim bom"da çıxış edirdi. 31 yaşlı forvard komandanın heyətində keçirdiyi 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Türkiyə klubu 65 milyonundan keçməyə hazırdı
"Qalatasaray"ın heyətində itki
"Cim-bom"un yeni hədəfi - Viktor Lindelöf
İstanbul klubunun futbolçusu üçün 30 milyon avro
"Qalatasaray" 3 milyon avro gəlir əldə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər