reklam
UFC çempionu peşəkar karyerasını başa vurdu
Sportfm.az xəbər saytı

UFC çempionu peşəkar karyerasını başa vurdu


Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsində çempion olan Dominik Krus peşəkar karyerasını başa vurub.

Sportаь.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

39 yaşlı amerikalının bu ay Sietldə keçiriləcək "UFC Fight Night 252" turnirində Rob Fontla qarşılaşması nəzərdə tutulsa da, o, zədə səbəbindən döyüşdən imtina edib.

Qeyd edək ki, Dominik Krus UFC-nin ikiqat çempionudur. Onun hesabında 24 qələbə və 4 məğlubiyyət var. O, sonuncu dəfə 2022-ci ilin avqustunda "UFC on ESPN 41" turnirində ekvadorlu Marlon Veraya dördüncü raundda nokautla məğlub olub.

Oxşar xəbərlər

Stadnik karyerasını başa vurdu - AÇIQLAMA
Millinin sabiq üzvü karyerasını başa vurdu
Alvares dünya çempionu titulunu qorudu
Hazard karyerasını başa vurdu - 32 yaşında
Məşhur boksçu karyerasını bitirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər