Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Olimpiya və dünya çempionları Bakıdakı yarışda çıxış edəcək
Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qadınlar arasında olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.
Kişilərdə olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.
Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Oxşar xəbərlər
Olimpiya çempionu vəfat etdi - 71 yaşında
Olimpiya oyunlarının mükafatçısı Bakıya gəldi
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
İkiqat dünya çempionu Bakıya gəlir
Oleq Stepko Dünya Kuboku uğrunda yarışa başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin