Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Mehdi Hüseynzadə”də 72230 azarkeş
“Sumqayıt”ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bir il ərzində keçirdiyi 21 qarşılaşmanı ümumilikdə 72230 tamaşaçı canlı izləyib.
Sportfm.az xəbər verir ki, bu gün sözügedən arenada yenidənqurmadan sonra baş tutan ilk qarşılaşmadan bir il keçir.
Ötən ilin bu günü komanda doğma stadionda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazanaraq arenaya toplaşmış azarkeşlərini sevindirməyə nail olmuşdu. Bu oyunların 19-u Premyer Liqa, 1-i Azərbaycan kuboku, 1-i isə UEFA Konfrans Liqasının I2-ci təsnifat mərhələsində baş tutub. Bu qarşılaşmalarda Sumqayıt təmsilçisi 10 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.
Bir il ərzində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş 21 qarşılaşmanı ümumilikdə 72230 tamaşaçı canlı izləyib ki, bu da hər oyuna ortalama 3450 nəfər deməkdir. Bu matçlarda ən çox azarkeş sayı ötən mövsüm baş tutan “Sumqayıt” – “Qarabağ” (Premyer Liqanın 32-ci turu – 9300 tamaşaçı), “Sumqayıt” – “Qəbələ” (Premyer Liqanın 36-cı turu – 9300 tamaşaçı) və cari mövsümün əvvəlində oynanılmış “Sumqayıt” – “Fehervar” (UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi – 9200 tamaşaçı) olub. Ən az azarkeş isə bu mövsüm Azərbaycan kubokunun 1/8 final mərhələsində baş tutan “Sumqayıt” – MOİK qarşılaşmasında qeydə alınıb – 400 nəfər.

Oxşar xəbərlər
“Neftçi” – “Qarabağ” oyununda yeni rekord
"Turan Tovuz" - "Qarabağ" matçında 6000 azarkeş
"Sumqayıt" - "Neftçi" matçında 8 mindən çox azarkeş - Yeni rekord
"Qarabağ"ın çempionluğuna cəmi 1800 nəfər şahidlik edib!
Yubiley Bakıda, rekord Gəncədə!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin