reklam
Federasiya rəhbərliyi milli komandanın üzvləri ilə görüşdü
Sportfm.az xəbər saytı

Federasiya rəhbərliyi milli komandanın üzvləri ilə görüşdü


Azərbaycan Karate Federasiyasının rəhbərliyi idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri və baş məşqçilər, böyük məşqçi və məşqçi köməkçiləri ilə görüş keçirib.

Sportfm.az xəbər verir ki, görüş zamanı millimizin üzvlərinin problemləri dinlənilib, gələcəkdə iştirak ediləcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyyələr verilib.

Federasiya rəhbərliyi həmçinin millimizin üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretskanı qəbul edib. İrina Zaretska ona göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və AKF -in rəhbərliyinə öz təşəkkürünü bildirib. O həmçinin 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.

Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən millimizin üzvü Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.

Oxşar xəbərlər

Cavid Qurbanov məşqçilərlə görüşdü
Milli komandalarımızın yeni idman geyimləri təqdim olunub
Akademiyanın məşqçiləri ilə görüş keçirilib
Azərbaycan Milli Karate Federasiyası mətbuat konfransı keçirəcək
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər