reklam
Yığmamızın Avropa çempionatı üçün heyəti -
Sportfm.az xəbər saytı

Yığmamızın Avropa çempionatı üçün heyəti -SİYAHI


Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

Millimizin heyəti belədir:

Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev ("Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana" Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Cavad Məmmədov ("Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov ("Neftçi"), Seymur Məmmədov (kulubsuz).

Oxşar xəbərlər

Qazaxıstan klubunun oyunçusu milli komandamızda - SİYAHI
Azərbaycan millisinin İsveçlə oyun üçün heyəti - SİYAHI
Millimizin Çexiya ilə oyunlar üçün yekun heyəti
“Araz-Naxçıvan”ın 5 oyunçusu miliidə
Millimizin heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər