reklam
Olavio Juninyo
Sportfm.az xəbər saytı

Olavio Juninyo "Qarabağ"a vida etdi


"Qarabağ"da olduğum illər həyatımın ən gözəl dövrü idi.

Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçu "Qarabağ" azarkeşlərinə təşəkkür edib:

"Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi.
Buradan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram. Gələcəkdə "Qarabağ"a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaqsınız".

Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"ın şərəfini qoruyan Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Oxşar xəbərlər

Juninyo "Flamenqo"nun düşərgəsinə qatılmayacaq - tibbi müayinə
Juninyo ilk üç rəsmi oyunu buraxacaq
Juninyo Braziliyaya yollandı
“Qarabağ” Juninyonun keçidindən 5 milyon qazanacaq
“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər