reklam
“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİRƏSMİ


Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.

Sportfm.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Mütəxəssislə bu gün müqavilə imzalanıb. Klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb. Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.

Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.

Oxşar xəbərlər

"Qəbələ"də yeni məşqçi - Təyinat
Elmar Baxşıyev istefa verdi
“Qəbələ”də türkiyəli məşqçi
“Qəbələ”də məşqçilər korpusu ilə yeni müqavilə imzalandı
Yığmamızın sabiq oyunçusu "Qəbələ"də baş məşqçi təyin edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər