reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də yeni məşqçi -Təyinat


"Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

Sportal.az xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
“Qəbələ”də türkiyəli məşqçi
"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
Yığmamızın sabiq oyunçusu "Qəbələ"də baş məşqçi təyin edildi
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər