reklam
Kapitan qayıdır -
Sportfm.az xəbər saytı

Kapitan qayıdır -özü qayıdır


Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

Sportfm.az xəbər verir ki, bu barədə “Report”a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

O, “Neftçi” ilə birlikdə məşqlərə başlayacağını deyib:

“Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq”.

Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi. “Neftçi” Misli Premyer Liqasının XIX turunda “Sabah”la üz-üzə gələcək. Görüş yanvarın 19-da, “Neftçi Arena”da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

“Neftçi” “Zirə” ilə matça itkilərlə çıxacaq
Emin Mahmudov tarix yazdı
“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxacaq
Emin Mahmudov üçün yubiley matç
Emin Mahmudov "Neftçi"də qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər