reklam
Emin Mahmudov tarix yazdı
Sportfm.az xəbər saytı

Emin Mahmudov tarix yazdı


Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.

Sportfm.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Misli Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də çıxış edən Emin 183 görüşdə 41 qol vurub.

Oxşar xəbərlər

Emin Mahmudovun 40-cı qolu
“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxacaq
Emin Mahmudov üçün yubiley matç
Emin Mahmudov "Neftçi"də qaldı
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər