reklam
“Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi oldu -
Sportfm.az xəbər saytı

“Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi oldu -FOTO


Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.

Sportfm.az xəbər verir ki, o, birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırmada isə 181 kq-ın öhdəsindən gəlib.

Rüstəmov toplamda 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.

Atlet qızıl mükafat əldə etməsi barədə danışıb:

“Dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.

“Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə xatirə hədiyyəsi təqdim edib.

Oxşar xəbərlər

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
İdmançımız 3 gümüş medalı boynundan asdı
İdmançımız Avropa çempionu oldu
Federasiyasının vitse-prezidenti qərb bölgəsinə səfər etdi
Rəhilə Ankaradan medalla dönür - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər