reklam
İdmançımız 3 gümüş medalı boynundan asdı
Sportfm.az xəbər saytı

İdmançımız 3 gümüş medalı boynundan asdı


Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokunda 3 gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionu oldu
Ağırlıqqaldıranımız Dohada qalib oldu - Qran-pri
İdmançımız bürünc medal qazandı - Dünya çempionatı
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız İranda fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər