Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Federasiyasının vitse-prezidenti qərb bölgəsinə səfər etdi
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qərb bölgəsinə səfər edib.
Sportfm.az xəbər verir ki, o, Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb, məşq prosesini izləyib.
Umudov federasiyanın xüsusilə regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəklərini davam etdirərək diqqət mərkəzində saxlayacaqlarını bildirib. Bununla yanaşı, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsiylə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Vitse-prezident məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda da danışıb, rəy və təklifləri dinləyib. Firdovsi Umudov böyük ənənəsi olan ağırlıqqaldırmanın parlaq gələcəyinin təmin edilməsi üçün lazımi addımlar atılacağını qeyd edib.

Oxşar xəbərlər
Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
Ağırlıqqaldırma Federasiyasında yeni prezident
Firdovsi Umudov postunu tərk edir - Millimizin baş məşqçisi kim olacaq?
Namiq Əliyev yenidən vitse-prezident seçildi
Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino

Misli Premyer Liqası