reklam
İdman jurnalistləri arasında intellektual yarış keçirildi
Sportfm.az xəbər saytı

İdman jurnalistləri arasında intellektual yarış keçirildi


Peşəkar Futbol Liqası (PFL) və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.
Sportfm.az xəbər verir ki, 70-dən çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Oyunun əvvəlində xanım iştirakçılara Peşəkar Futbol Liqasının xüsusi hədiyyələri təqdim edilib. Yarışda komandalara müxtəlif dövrlərdə heyətində azərbaycanlı futbolçuların oynadığı əcnəbi klubların adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, çempion son turda müəyyənləşib. Yekunda “Volın” komandası qalib, “Fakel” ikinci, “Nürnberq” üçüncü olub.

Sonda “Volın” komandasına kubok, medallar və pul mükafatı təqdim edilib. İkinci və üçüncü yerin sahibləri isə pul mükafatı qazanıb.

Oxşar xəbərlər

Milli Mətbuat Gününə həsr edilmiş yarış keçirildi - FOTOLAR
Mərakeşlilər Bakıda çempion oldular
PES2020 üzrə Azərbaycan çempionatı keçirilib - İdman jurnalistləri arasında
Gənclər Gününə həsr olunmuş boulinq yarışı keçirildi - FOTO
Finala həsr olunmuş “İntellektual kubok”a başa çatdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər