reklam
Mərakeşlilər Bakıda çempion oldular
Sportfm.az xəbər saytı

Mərakeşlilər Bakıda çempion oldular


AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq futzal turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, turnirin son oyun günündə Mərakeşin və Belarusun 19 yaşadək futzalçılarından ibarət komandaları qarşılaşıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Mərakeş yığması beynəlxalq futzal turnirinin qalibi olub. Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən və üçüncü yeri tutan Azərbaycan U-19 futzal yığmasına və ikinci olan Belarus millisinə medallar verilib. Çempion Mərakeş yığmasına isə medallar və kubok təqdim edilib. Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş və Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov təqdim ediblər.

Oxşar xəbərlər

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi
Azərbaycan yığması Mərakeşə uduzdu - Beynəlxalq turnir
Bakıda beynəlxalq turnir keçiriləcək
Zəfər Kubokuna yekun vuruldu - Qaliblər müəyyənləşdi
“Zirvə” komandası turnirin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər