reklam
Moskva
Sportfm.az xəbər saytı

Moskva "Spartak"ının erməni rəsmisi:"Ümid edirəm ki, vaxt gələcək Bakıya gələ biləcəm"


Moskva "Spartak"nın tibb departamentinin başçısı, əslən erməni olan Mixail Vartapetov Bakıda - öz atasının vətənində olmaq istəməsindən danışıb.

Sportfm.az xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində Vartapetov bunları deyib: "Mənim əcdadlarım Qarabağdandır, sonradan bəzi qohumlarım Bakıya köçüb. Atam orada doğulub, Moskvaya isə müharibədən sonra, Böyük Teatra daxil olanda gəlib. Bütün həyatı boyu da orada işləyib. Anam rusdur, Moskvada doğulub. Buna görə məndə iki - şimal və cənub qanı var".

Mixail Vartapetov bildirib ki, o vaxt Azərbaycanda ermənilərə çox yaxşı yanaşıblar: "Atam Bakıdan məmnunluqla danışırdı. Onun üçün şəhər, dostları çox böyük məna kəsb edirdi. Deyirdi ki, bakılılar öz dialekti, yumoru ilə insanların xüsusi kateqoriyasıdır. Onlar görüşürdülər, cavanlığı yada salırdılar. Əvvəllər hadisələrin belə inkişaf edəcəyini təyin etmək mümkün deyildi. Mən Bakıda heç vaxt olmamışam. Erməni soyadıma görə Bakıya gələ bilmirəm. Çox istərdim ki, əcdadlarımın vətəninə baş çəkim. Mənim arvadım ermənidir, o da əslən Bakıdandır, onun valideynləri də orada yaşayıblar. Və mən ümid edirəm ki, vaxt gələcək, biz maneəsiz bu əfsanəvi şəhərə gələ, mərkəzdə gəzə, onların ürəyi istəyən yerlərə baş çəkə biləcəyik. Atam arzu edirdi ki, məni ora aparsın".
 
Qeyd edək ki, Mixail Vartapetov uzun illərdir "Spartak"ın tibb personalına rəhbərlik edir. 

Oxşar xəbərlər

"Kiçik, dar, çox təmiz küçələr, rəngli binalar.." - Ruslan Litvinov
"Ailə üzvlərimi virusa yoluxdursam, özümü bağışlaya bilmərəm" – Gerye
Azərbaycanlı futbolçu: "Mənzilə daxil olub, tapançadan atəş açmağa başladım"
"Bakı yürüşünə daha yaxşı hazırlaşmışıq" - tekniki direktordan açıqlama
Olimpiya çempionu..."Orada olduğum müddətdə küçədə sərxoş adam görmədim”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər