reklam
Azərbaycanlı futbolçu:
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu:"Mənzilə daxil olub, tapançadan atəş açmağa başladım"


Boradigah qəsəbəsi haqda çox şey bilmirəm, çünki Moskvada anadan olmuşam. 5 yaşımdan "Spartak"ın akademiyasında oynamışam. Lənkəranda isə çox az olmuşam. Onu bilirəm ki, cənub bölgəsidir, havası çox istidir. Atam oradan gəlib.

Sportfm.az xəbər verir ki, bu sözləri "Rostov"un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev deyib. Rusiyanın matctv.ru saytına geniş müsahibə verən futbolçu atasının Moskvaya gəlişindən də danışıb:

"Ailəmiz, yumşaq desək, kiçik deyil. Təkcə atamgil 7 qardaşdırlar. Hamısı bir yerdə yaşayıb, ona görə də Moskvaya uyğunlaşmaq asan olub. Bir-birilərinə kömək ediblər. Əlbəttə, ilk vaxtlar pul qazanmaq çətin olub, amma sonradan bir yolunu tapıb öhdəsindən gəliblər. İndi daşınmaz əmlak alqı-satqısı və kiçik bizneslə məşğul olurlar".

Ayaz tərbiyəli böyüməsində atasının rolunun böyük olduğunu bildirib: "Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib, məni tərbiyəli böyüdüb. Daim məni inkişaf etməyə, yaxşı təhsil almağa məcbur edib".

Həmyerlimiz bir dəfə başına gələn xoşagəlməz hadisəni də xatırlayıb: "Bu barədə necə danışacağımı bilmirəm. İndi yadıma düşdü, bir dəfə dostlarla həyətdə gəzirdik. 2 nəfər söz atdı, elə əsəbləşdim ki, onları evlərinə qədər qovdum. Hətta mənzilə daxil olub, pnevmatik tapançadan atəş açmağa başladım. Həmin vaxt balaca idim, heç nəyi dərk etmirdim".(qol.az)

Oxşar xəbərlər

Ayaz Quliyev Azərbaycan millisində
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Azərbaycanlı futbolçu "Spartak"a keçmək istəmədi
"Nurmaqomedovala müqayisə olunmaq mənə xoşdur" - Ayaz Quliyev
Moskva "Spartak"ının erməni rəsmisi:"Ümid edirəm ki, vaxt gələcək Bakıya gələ biləcəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər