reklam
Azərbaycan gerilədi -
Sportfm.az xəbər saytı

Azərbaycan gerilədi -UEFA reytinqi


Avrokubokların Liqa mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Elfsborq"a uduzub - 0:1.

Oyunlardan sonra Azərbaycanın da sıralamadakı mövqeyi dəyişib. Aktivində 19,625 xal olan ölkəmiz siyahıda 1 pillə geriləyib və 28-ci yerdədir.

Azərbaycan cari mövsümdə 2,875 xal qazanıb. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

UEFA reytinqinə İngiltərə liderlik edir (99,374 xal).

Oxşar xəbərlər

UEFA-nın son reytinqi - Ölkəmiz 27-cidir
"Qarabağ"ın UEFA reytinqində mövqeyi məlum oldu
Reytinqdə gerilədik
“Zirə” Azərbaycana xal qazandırdı - UEFA reytinqi
"Zirə" reytinqimizə kömək etmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər