reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın UEFA reytinqində mövqeyi məlum oldu


Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" AL-in 3-cü turu çərçivəsində Bakıda "Ayaks"la qarşılaşıb. 9 nəfərlə qalan Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Qurban Qurbanovun komandası UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

“Qarabağ” əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.

Qeyd edək ki, sıralamaya 130 xalla "Mançester Siti" liderlik edir.

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində gerilədi
“Zirə” Azərbaycana xal qazandırdı - UEFA reytinqi
"Zirə" reytinqimizə kömək etmədi
"Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədi
Azərbaycan klublarının UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər