reklam
UEFA-nın son reytinqi -
Sportfm.az xəbər saytı

UEFA-nın son reytinqi -Ölkəmiz 27-cidir


Avrokubokların Liqa mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gün Avropa Liqasının 5-ci turunda evdə "Lion"la qarşılaşıb və 1:4 hesabı ilə uduzub.

Azərbaycanı UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkəmiz 19,625 xalla 27-cidir.

26-cı yerdəki Rumıniyanın aktivində 20.375 xal var. 28-ci pillədəki Bolqarıstan isə 19.375 xala malikdir.

Azərbaycanın cari mövsümdəki qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqinə “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.

Qardaş ölkə Türkiyə 10-cu yerdədir. "Ay-ulduzlular"ın 40.100 xalı var.

UEFA reytinqində lider İngiltərədir – 97,035 xal.

Oxşar xəbərlər

"Qarabağ"ın UEFA reytinqində mövqeyi məlum oldu
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Reytinqdə gerilədik
“Zirə” Azərbaycana xal qazandırdı - UEFA reytinqi
"Zirə" reytinqimizə kömək etmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər