reklam
Sportfm.az xəbər saytı

"Azərreyl" və "Abşeron" qalib gəldi


Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilir.

Sportfm.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində II turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.

Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, II turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Yüksək Liqa (Qadınlar)
II tur
6 dekabr
“Azərreyl” - “Murov Az Terminal” 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16)
“Abşeron” - UNEC 3:0 (25:10, 25:12, 25:9)

7 dekabr
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
Ünvan: Gəncə İdman Sarayı
AVF-nin rəsmi Youtube kanalı

Oxşar xəbərlər

Yeni mövsüm start götürdü - FOTO
“Gəncə” və “Azərreyl”dən qələbə
Favoritlər qalib gəldi - Azərbaycan çempionatı
Vüqar Əliyevin yetirmələri qələbə qazandı
“Azərreyl” rəhm etmədi - növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər