reklam
İki baş məşqçiyə AFFA-dan ağır cəza
Sportfm.az xəbər saytı

İki baş məşqçiyə AFFA-dan ağır cəza


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

AFFA Gənclər Liqasında keçirilən "Sumqayıt" - "Zirə" oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən "Çinar" (Gəncə) – "Azəri" (Gəncə) oyununda meydan sahiblərinin baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılıb.

Oxşar xəbərlər

"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
“Bakı”nın məşqçisi cəzalandı
“Sumqayıt”ın 17 yaşlı futbolçusu rəqibə söyüş söydü
Hakimi təhqir edənlərə 5 oyunluq cəza - Qərar
İki komandaya texniki məğlubiyyət verildi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər