reklam
İki komandaya texniki məğlubiyyət verildi -
Sportfm.az xəbər saytı

İki komandaya texniki məğlubiyyət verildi -Qərar


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Turan Tovuz” FK – “Qarabağ” FK oyununda “Qarabağ”ın futbolçusu Səbuhi Niftiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-13 Liqasının “Qarabağ” FK – ROFM oyununda ROFM komandasının futbolçusu Orxan Məhərrəmov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb. ROFM komandasının digər futbolçusu Ayhan Bədirov da hakimi təhqir etdiyi üçün qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb.

U-10 Liqasının “Səbail” FK – “Asta” FK oyununda “Asta”nın heyətində yetərsay olmadığına görə matç baş tutmadığı üçün “Asta”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Zirvə” – “Qala 95” oyunu “Zirvə” komandası təyin olunan vaxt meydanda olmadığı üçün baş tutmadığına görə “Zirvə”yə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Futzal üzrə I Liqada keçirilən “Timsport” – “Ulduz” oyununda “Timsport”un oyunçusu Fərid Quliyev oyunun 5-ci dəqiqəsində söz və ya hərəkətlə etiraza görə 2-ci sarı vərəqə aldıqdan sonra qeyri-etik hərəkətlər etdiyinə, meydan və meydanı əhatə edən zonanı tərk etməyərək oyunun bərpasını yubatdığına, “timekiper” stoluna təpiklə vurduğuna, paltardəyişmə otağına getməkdən imtina edərək tribunaya qalxıb hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməyə davam etdiyinə görə 10 oyun cəzalandırılıb.

Oxşar xəbərlər

"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
Baş məşqçiyə 6 aylıq qadağa - Qərar
“Sumqayıt”ın 17 yaşlı futbolçusu rəqibə söyüş söydü
Hakimi təhqir edənlərə 5 oyunluq cəza - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər