reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" öz meydanında "Qarabağ"a uduzdu -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, bununla da son 1/4 finalçının adına aydınlıq gələcək.

"Qəbələ" öz meydanında kubokun son qalibi "Qarabağ"la qarşılaşıb. Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanaraq 1/4 finalda “Səbail”ə rəqib olacaq.

"Kəpəz" Tovuz şəhər stadionunda "İmişli" ilə üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

"Kəpəz" növbəti mərhələdə "Neftçi” - “Difai” cütünün qalibi ilə qarşılaçacaq.

Bu günkü “Zirə” – “Şamaxı” görüşünün qalibi 1/4 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

“Sumqayıt” isə MOİK-i qəbul edəcək. Duelin qalibi isə 1/4 finalda "Sabah"la oynayacaq.

Qeyd edək ki, 1/8 final qarşılaşmaları 1 matçdan ibarətdir.

4 dekabr

16:00. “Qəbələ” – “Qarabağ” - 0:2

Qol: Abdullah Zubir, 7, Murad Musayev, 90+1 - avtoqol

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

16:00. “Kəpəz” – “İmişli” - 1:0

Qol: Karim Lkoça - pen., 85

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Tovuz şəhər stadionu

Oxşar xəbərlər

"Difai" flaqmanı udmağa çalışacaq - Azərbaycan Kuboku
"Turan" kubokda mübarizə dayandırdı - 1/8 final
1/8 finalın hakimləri bilindi - Azərbaycan Kuboku
1/8 finalın son iştirakçıları məlum olacaq - Azərbaycan Kuboku
Bu gün 4 oyun keçiriləcək - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər