reklam
1/8 finalın son iştirakçıları məlum olacaq -
Sportfm.az xəbər saytı

1/8 finalın son iştirakçıları məlum olacaq -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. "İmişli" "Cəbrayıl"ı qəbul edəcək. Bu cütün qalibi 1/8 finalda "Kəpəz"lə üz-üzə gələcək.

"Qəbələ" isə "Bakı Sportinq"lə qarşılaşacaq. Bu cütün qalibi isə 1/8 finalda "Qarabağ"a rəqib olacaq.

Qeyd edək ki, mərhələnin 28, 29 və 30 oktyabr tarixlərində oynanılan görüşlərindən sonra "Turan Tovuz", "Səbail", "Araz-Naxçıvan", "Kəpəz", "Şamaxı", "Difai", "Qaradağ Lökbatan" və "Mingəçevir" 1/8 finala adlayıb.

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev
Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Bakı Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev
Qəbələ şəhər stadionu

28 oktyabr (bazar ertəsi)

“Turan Tovuz” – “Hypers Quba” - 7:2

29 oktyabr (çərşənbə axşamı)

“Dinamo” – “Səbail” - 0:6

“Şahdağ Qusar” – “Araz-Naxçıvan” - 0:4

“Ağdaş” – “Kəpəz” - 0:6

MOİK – “Şimal” - 3:1

30 oktyabr (çərşənbə)

“Şamaxı” – “Şəmkir” - 6:1

“Mingəçevir” – “Zaqatala” - 1:0

“Qaradağ Lökbatan” – “Karvan” - 3:0

“Şəfa” – “Difai” - 2:3 (ə.v.)

1/8 finalın cütləri

“Turan Tovuz” – "Sabah"

MOİK – "Sumqayıt"

“Araz-Naxçıvan” – “Mingəçevir”

“Kəpəz” / “İmişli” – “Cəbrayıl”

“Səbail” – “Qaradağ Lökbatan”

“Şamaxı” – "Zirə"

“Difai” – "Neftçi"

“Qəbələ” – “Bakı Sportinq” / "Qarabağ"

Oxşar xəbərlər

Bu gün Azərbaycan kubokunda 4 oyun keçiriləcək
Azərbaycan kubokunda 4 oyun keçiriləcək
1-ci Liqada yeni mövsümün təqvimi bilindi
Azərbaycan kubokunda son 1/8 finalçılar müəyyən oldu
Bu gün 4 oyun keçiriləcək - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər