reklam
Sportfm.az xəbər saytı

"Neftçi"də yeni prezident -RƏSMİ


Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, "Neftçi" bu gün prezidenti Kamran Quliyevin vəzifəsindən azad edildiyini açıqlamışdı.

Oxşar xəbərlər

"Neftçi"də türkiyəli mütəxəssis - RƏSMİ
“Neftçi”nin rəhbəri istefa verdi - RƏSMİ
“Neftçi”nin yeni strukturu təsdiq olundu
"Neftçi"nin yeni prezidenti 4 istiqamət müəyyən etdi
"Neftçi"də növbəti ayrılıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər