reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş"da kütləvi istefa


Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyində bir neçə şəxs istefa verib.
Sportfm.az xəbər verir ki, klubun vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifəsindən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Superliqada 12 turdan sonra 21 xalla 6-cı sıradadır. Türkiyə mətbuatı klub rəhbərliyinin komandanın baş məşqçi Covanni van Bronxorsta iki oyunluq şans verdiyini yazıb. Yəni komanda qarşıdakı iki oyunda uğursuz nəticə göstərsə, niderlandlı mütəxcəssis də istefaya göndəriləcək.

Oxşar xəbərlər

Volkan Demirel istefa verdi - Rəhbərlikdən cavab gözləyir
"Beşiktaş"ın heyətində təmizləmə - 5 futbolçu kənarlaşdırıldı
"Beşiktaş" Burak Yılmazla davam edəcək - QƏRAR
Şenol Günəş istefa verdi
Mahmud Qurbanov istefa verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər