Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"90 dəqiqə istənilən sürətə dözməliyik" -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Bayer”inə qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Sportfm.az xəbər verir ki, Qurbanov bu matçın çox vacib oyun olduğunu bildirib:
"Belə klublarla oyunlarda böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir".
"Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmalıyıq? Onu fikirləşirik. Rəqibin üstün olduğunu bilirik, amma böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik".
"Öz tələblərimizdən əl çəkmirik. Ev və ya səfər düşüncəsi yoxdur. Çəkinsək, çox az nəticə əldə edərik. Baxımlı futbol sərgiləməliyik. Sabah da öz düşündüyümüz hücumları qurmağa çalışacağıq. Onlar ustalıqda bizi üstələyə bilərlər. Amma sabah öz oyunumuzu göstərmək istəyirik. Böyük klublara qarşı da öz oyunumuzdan əl çəkməməliyik".
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Oxşar xəbərlər
“Qarabağ” çox güclü komandadır" - Xabi Alonso
Qurban Qurbanov mətbuat önünə çıxır
Qurban Qurbanov "Bayer"lə görüşlərdən danışdı
“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov
"Polşada rəqibin gücünü hiss etdik" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası